Dövlət Gömrük Komitəsi (DGK) bir sıra kütləvi informasiya vasitələrində Azərbaycan-Rusiya Federasiyası sərhədində avtomobillərin sıxlığının yaranmasına dair yayılan məlumatlara aydınlıq gətirib.
DGK mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, həmin məlumatlar həqiqətə uyğun deyil.
“27-28 avqust tarixlərində Rusiya Federasiyası ilə sərhəddə yerləşən sərhəd-keçid məntəqələrində avtomobillərin sıxlığı müşahidə olunmayıb. Qeyd edilən tarixlərdə bütün nəqliyyat vasitələrinin qanunvericiliyə uyğun olaraq maneəsiz şəkildə sərhədi keçmələri təmin edilib və hazırda da Rusiya Federasiyası ilə sərhəddə yerləşən gömrük-keçid məntəqələri gündəlik iş rejimində fəaliyyət göstərir”, - komitənin məlumatında deyilir.
S.B.
www.oxu.az