Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

DİN və dövlət komitəsindən dini mərasimlərlə bağlı vətəndaşlara MÜRACİƏT
Daxili İşlər Nazirliyi (DİN) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi vətəndaşlara müraciət edib.
Oxu.Az həmin müraciəti təqdim edir:
"Dini etiqad azadlığı haqqında" Qanuna əsasən, dini mərasimlər yalnız məscid və ziyarətgahların ərazisində keçirilməlidir.
Bütün mərasimlər zamanı, o cümlədən cari ilin iyulun 7-dən başlayan Məhərrəm ayında dini ibadət yerlərində təhlükəsizliyin təmin edilməsi və yollarda nəqliyyatın hərəkətinin tənzimlənməsi üçün müvafiq tədbirlər görülür.
Bəzi hallarda valideynlərin azyaşlı uşaqlarını dini ayinlərin icra olunduğu məkanlara aparması halları müşahidə olunur. Valideynlərdən xahiş edirik ki, kütləvi mərasimlərin keçirildiyi yerlərdə, o cümlədən təziyə məclislərində azyaşlı uşaqların iştirakının onların təhlükəsizliyi və sağlamlığı baxımından məqsədəuyğun olmadığını nəzərə alsınlar, habelə qanunvericiliklə icazə verilməyən hallara yol verilməməsinə diqqətlə yanaşsınlar.
Hər bir şəxsin həyatının, sağlamlığının, hüquqlarının, qanuni mənafelərinin qorunması məqsədi daşıyan bu müraciətə həssas yanaşacağınıza ümid edir, anlayışınıza görə təşəkkür edirik".
"Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK)" teqi üzrə xəbərlər
- Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilik Şurasının yeni tərkibdə ilk iclası keçirilib
- Ceyhun xanım və Hacı Əhməd məscidi söküləcək? - RƏSMİ AÇIQLAMA
- Dövlət Komitəsi kremasiya mərkəzlərinin yaradılması ilə bağlı məsələyə AYDINLIQ GƏTİRDİ
- Dövlət qurumundan yas mərasimləri ilə bağlı AÇIQLAMA
- Təyyarə qəzasında həlak olanlar üçün cənazə namazı qılınıb