Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

DOST Agentliyində yüksək vəzifələrə TƏYİNATLAR
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin İdarə Heyətinin sədrinə yeni müavinlər təyin olunublar.
Oxu.Az xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin əmrinə əsasən, Tural Mailov və Aygün Musayeva DOST Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyinat alıblar.
DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov yeni təyin olunan hər iki müavini kollektivə təqdim edib.
Qeyd edək ki, Tural Mailov bundan əvvəl Agentliyin İdarə Heyəti sədrinin müşaviri, Aygün Musayeva isə DOST Xidmətləri departamentinin müdiri vəzifələrində çalışıblar.
"DOST (Dayanıqlı vә Operativ Sosial Tәminat Agentliyi)" teqi üzrə xəbərlər
- Hesablama Palatası: "DSMF-nin gəlir və xərclərinin icrasında uyğunsuzluqlar var"
- Agentliyin sədrinə yeni müavin TƏYİN EDİLDİ
- İcra başçısı təyin olunan şəxsin əvvəlki vəzifəsini kim icra edir?
- Naxçıvanda DOST Mərkəzinin açılışı bu ilin ilk yarısına nəzərdə tutulub
- DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi COP29-da