"İnnovasiya və Təchizat Mərkəzi" publik hüquqi şəxsi (PHŞ) tibb müəssisələrində istifadə üçün nəzərdə tutulmuş tibbi oksigen qazının satın alınması ilə bağlı açıq tender elan edib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, tenderin ehtimal olunan qiyməti 2 milyon 685 min 343 manat 29 qəpikdir.
Müsabiqənin sənədlərinə əsasən, satınalma çərçivəsində saflığı 99.5 faiz olan 1 milyon 379 min 221 kubmetr tibbi oksigen qazının alınması nəzərdə tutulur.
Qaynar xətt:
(055) 224 12 12