Sosial şəbəkələrdə Cəlilabad rayon sakini, II qrup əlilliyi olan Rəhimov Rabil Rəhim oğlunun adından yayılan video onun razılığı olmadan paylaşılıb.
Bu barədə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin rəsmisi Tural Qurbanov bildirib.
“Aylar öncə başqa mənbəyə verilmiş müsahibəni öz adına çıxmaqla hazırkı vəziyyəti əks etdirməyən məlumat paylaşılıb. Belə ki, adıçəkilən vətəndaşın əlillik müddətinin bitdiyi tarixdən sonra yenidən müayinə olunub və qanunvericiliyə uyğun olaraq cari ilin may ayından 2-ci qrup 5 il müddətinə əlillik təyinatı aparılıb”, - deyə Tural Qurbanov bildirib.
O qeyd edib ki, yayılan video ilə bağlı R.Rəhimovla əlaqə saxlanılıb:
“Videonun aylar öncə çəkildiyini, hazırda yayılması üçün ondan razılıq alınmadığını, videodakı deyilənlərin hazırda reallığı əks etdirmədiyi, əlillik müddəti bitdikdən sonra müvafiq prosedura uyğun olaraq ona yenidən əlillik təyin edildiyini bildirib”.