Bakıda “Azsamand” markalı avtomobil öz-özünə alışaraq yanıb.
Avtomobilin sahibi Davud Hüseynovun sözlərinə görə, hadisə martın 14-ü Koroğlu metrostansiyasının yaxınlığında olub. O, mağazaya gedib qayıtdıqdan sonra avtomobilinin yandığını görüb.
Davud Hüseynov bildirir ki, avtomobil yanmazdan əvvəl ustaya aparıb və daha sonra bu hadisə baş verib.
Maşını təmir edən usta Zaur Piriyev isə deyir ki, avtomobilin pultunu təmir etdikdən sonra nasazlığı aradan qaldımaq üçün müştəriyə başqa ustaya aparmasını məsləhət görüb.
İlhamə Kələyeva, Orxan Hüseynzadə