Ötən gün Xəzər rayonunun Buzovna qəsəbəsində, ən yaxın xilasetmə məntəqəsindən 2 kilometr aralıda, dənizin nəzarətsiz ərazisində batan Seymur Allahverdiyev müğənni olub.
Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Bildirilib ki, S.Allahverdiyev "Krosna" qrupunun solisti kimi fəaliyyət göstərib.
Qeyd edək ki, 1996-cı il təvəllüdlü sənətçinin meyiti dalğıclar tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Qaynar xətt:
(055) 224 12 12