Avqustun 19-dan etibarən ilk dəfə "Comex" birjasında qızıl füçerslərinin dəyəri bir trua unsiyası üçün 4 450 dollar səviyyəsindən aşağı enib.
Oxu.Az xəbər verir ki, bu göstəricilər ticarət platformasının açıqladığı rəqəmlərdə əksini tapıb.
Bakı vaxtı ilə 06:48-də qeydə alınan nəticələrə əsasən, qızıl 1.86% dəyər itirərək bir trua unsiyası üzrə 4 445.6 dollara qədər ucuzlaşıb.
Saat 06:59-da füçerslərin ucuzlaşma tempi səngiyib və bir trua unsiyasının qiyməti 4 472.4 dollar (-1.27%) səviyyəsində qərarlaşıb.
Qaynar xətt:
(055) 224 12 12