Hadisəyə kənar qüvvələrin reaksiyası bizə lazım deyil. Hamı nə olduğunu bilir. Qarabağ əlilinin ölümündən istifadəyə cəhdlər edilir.
Oxu.Az SİA-ya istinadən xəbər verir ki, bunu vəfat etmiş Zaur Həsənovun atası Həsən Həsənov deyib.
Mərhumun atası bildirib ki, müxalifət qüvvələri, kimliyi bəlli olmayan qruplar oğlunun ölümünü siyasi şouya çevirmək istəyirlər:
“Buna qətiyyən yol vermək olmaz. Kimlərsə aranı qarışdırmaq istəyirlərsə, bunu mənim oğlumla əlaqələndirməsinlər. Biz hadisənin necə baş verdiyini onlardan yaxşı bilirik”.
Qeyd edək ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının binası qarşısında özünü yandıran Qarabağ qazisi Zaur Həsənov ötən gün dünyasını dəyişib.
Əlavə edək ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) əməkdaşları da dünyasını dəyişən Qarabağ qazisi Zaur Həsənovun dəfn mərasimində iştirak edəcəklər.