"Mən Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirəm ki, bizim əfv olunmağımız üçün sərəncam imzalayıb".
Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Prezident İlham Əliyevin imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamı ilə əfv olunan Pakistan vətəndaşı Şah Nəsrət Şahyar Mat deyib.
O bildirib ki, Azərbaycanda narkotiklə bağlı həbs olunub:
"Mən 9 il 6 ay müddətə həbs olunmuşdum, 6 il 1 ay həbsdə olmuşam. Həbs müddətimin bitməyinə 3 il 5 ay qalmışdı".
Aqil Vəlili