“Azərbaycan kiçik ölkədir, çox şey hamıya məlumdur. Mən Eldar Mahmudovu hələ tələbəlik vaxtlarından tanıyıram”.
Oxu.Az xəbər verir ki, bu sözləri qafqazinfo-ya açıqlamasında İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, hüquqşünas İlqar Altay söyləyib.
Onun sözlərinə görə, Eldar Mahmudov tələbəlik illərindən sakit adam olmayıb: “O, Xalq Təsərrüfatı Universitetində oxuyurdu. Gənc vaxtlarındakı fəaliyyətini də bilirdik. Tələbəlikdən sakit adam olmayıb, “06”larla avtoşluq edirdi. Daxili İşlər Nazirliyində işləyəndə də onun əməllərini bilirdik”.
A.M.