Sumqayıt Dövlət Dram Teatrının aktrisası, Əməkdar artist Xatirə Süleymanovanın səhhətində problem yaranıb.
Oxu.Az "Qaynarinfo"ya istinadla xəbər verir ki, bu barədə teatrın direktor müavini Vidadi Məmmədov məlumat verib.
Onun sözlərinə görə, aktrisa xəstəxanaya yerləşdirilib və tibbi müayinələrdən keçirilir.
"Mədə-bağırsaq sistemi ilə bağlı diaqnoz qoyulub. Xüsusilə bağırsaqlarında problemlər aşkarlanıb. Hazırda həkim nəzarəti altındadır və əlavə müayinələr aparılır. Həkimlər onun yaxın günlərdə əməliyyat olunacağını bildiriblər", - deyə Vidadi Məmmədov qeyd edib.

Qaynar xətt:
(055) 224 12 12