Peşəkar Futbol Liqasının rəsmi saytı erməni hakerlərinin hücumuna məruz qalıb.
Oxu.Az İdmanxeber.com-a istinadən xəbər verir ki, PFL-in rəsmi saytına “Armenian Army” başlıqlı yazı yerləşdirilib. Yazıda Azərbaycan Silahlı Qüvvələrinə mesaj göndərilərək, təhqiredici ifadələr işlədilib.
Sayta Ermənistanın milli ordusunun fotosunu, Kəlbəcərdə tutulmuş azərbaycanlının videosunu və Azərbaycan ordusunu hədələyən mətn yerləşdiriblər.
Yazıda qeyri-etik ifadələr işlədildiyi üçün onun tərcüməsini sizə təqdim etmirik. Lakin sonuncu cümləni nəzərinizə çatdırırıq:
“Bizə hücum etməmişdən öncə 10 dəfə fikirləşin...”.
Qeyd edək ki, hazırda pfl.az saytı fəaliyyətini bərpa edib.
Xatırladaq ki, dünən Ağdamın işğalı günündə Facebook sosial şəbəkəsində Azərbaycan Respublikasına ərazi iddialarını qondarma faktlarla əsaslandırmağa çalışan “Nakhichevan belongs to Armenia” səhifəsi azərbaycanlıların israrı ilə bağlandı.
