Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Ermənistan beş aya yaxındır, Xankəndidə ölmüş erməniəsilli qadının meyitini təhvil almır
"Ermənistanın nümayəndə heyəti erməniəsilli Vera Varaşakovna Ağasyanın meyitinin təhvil alınmasına heç bir münasibət bildirmir".
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən İtkin Düşmüş Şəxslər üzrə Beynəlxalq Komissiyanın (İCMP) Azərbaycan Respublikasında itkin düşmüş şəxslərin axtarışı üzrə qiymətləndirmə hesabatının təqdimatında Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini general-leytenant Şərafət Həsənov deyib.
"1954-cü il təvəllüdlü, erməniəsilli Vera Varaşakovna Ağasyanın ötən il oktyabrın 20-də Xankəndi şəhərində yaşadığı ünvanda xəstəlikdən vəfat etməsi ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə Ermənistan tərəfinin və onun övladlarının məlumatlandırılmasına, meyitinin təhvil verilməsi üçün bütün zəruri sənədləşmə işlərinin aparılmasına, hətta cari ilin fevral ayında vasitəçilərin iştirakı olmadan sərhəddə keçirilmiş görüş zamanı məsələ Ermənistanın nümayəndə heyətinin birbaşa diqqətinə çatdırılmasına baxmayaraq, qarşı tərəf beş aya yaxındır ki, meyitin təhvil alınmasına heç bir münasibət bildirmir", - o deyib.
"Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası" teqi üzrə xəbərlər
- "Azərbaycanda itkin düşmüş şəxslərin axtarışı üzrə qiymətləndirmə hesabatı"nın təqdimatı keçirilib
- 170 azərbaycanlı əsirin işgəncələrlə öldürüldüyü istintaqla sübut edilib
- Azad olunmuş ərazilərdə 23 kütləvi məzarlıq aşkarlanıb
- Birinci Qarabağ müharibəsinin üç şəhidi bu gün dəfn olunacaq
- Komissiya: "Ermənistan Xankəndi sakininin meyitini qəbul etməsə, Azərbaycanda dəfn ediləcək"