Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Rafael Fiziyev fanatlarından üzr istədi
"Bağışlayın dostlar, sizi sevindirə və qalib gələ bilmədim".
Oxu.Az xəbər verir ki, bunu Azərbaycanın Qarışıq döyüş sənəti (MMA) üzrə döyüşçüsü Rafael Fiziyev sosial şəbəkə hesabında yazıb.
O, paylaşımında Las-Veqasda "UFC-313" turnirindəki revanş görüşündə amerikalı Castin Qeyciyə yenidən uduzmasını şərh edib.
Fiziyev hakimlərin yekdil qərarı ilə rəqibinin qalib gəldiyi döyüşün nəticəsindən məyus olduğunu bildirib: "Castini təbrik edirəm. Oktoqonı yenidən onunla bölüşmək möhtəşəm idi".
Xatırladaq ki, Fiziyev 2023-cü ildə Londonda amerikalı ilə döyüşüb və həmin görüşdə də məğlub olub.
"Rafael Fiziyev" teqi üzrə xəbərlər
- Fiziyev Qeyciyə məğlub oldu
- Rafael Fiziyevin Las-Veqasda qazanacağı məbləğ bəlli oldu
- Rafael Fiziyev: "Castin Qeycidən rədd cavabı gələndən sonra özümə bir kiloqram dondurma aldım"
- Rafael Fiziyev amerikalı idmançını döyüşə dəvət etdi
- Uzun müddət sonra oktaqona qayıtmaq qərarına gələn Rafael Fiziyevin rəqibi bəlli oldu
Ən çox oxunanlar