Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Əsrlərlə öz üslubunu qoruyub saxlayan Bayan kəndi: Tarixi yaşayış məskənindən REPORTAJ
Baku TV Azərbaycanın qədim yaşayış məskənlərindən olan Daşkəsənin Bayan kəndi haqqında reportaj hazırlayıb.
Kəndlə bağlı məlumat verən tarixçi-alim Tural Abdullayev bildirib ki, burada Eneolit dövrünə aid tarixi abidələr mövcuddur:
"Bayan qəbiristanlığında aparılan araşdırmalar nəticəsində 3 tipdə qəbir aşkarlanıb. Əşyalarla birlikdə dəfn olunan qəbir Eneolit dövrü inancları ilə bağlıdır. Yeddinci əsrdə Azərbaycanda İslam dininin yayılması ilə əlaqədar xristian əhalinin burada məskunlaşması baş verib. Məskunlaşma nəticəsində xristian əhali öz inanclarını, ibadətlərini yerinə yetirmək məqsədilə abidələr inşa ediblər. Çiçərəvəng monastırı buna bariz nümunədir. Abidə bu gün də olduğu kimi qalır".
Tarixçi-alim Bayan kəndinin əsrlərlə öz üslubunu qoruyub saxlamasını aborigen əhalinin burada məskunlaşması ilə əlaqələndirib.
"19-cu əsrə qədər kəndin qorunması məskunlaşma ilə, yəni aborigen əhalinin burada yaşaması, adət-ənənələrinə, kökünə sadiq olması ilə bağlı idi", - deyə o əlavə edib.
Qeyd edək ki, günümüzə kimi öz qədimliyini qoruyan Bayan kəndində yeni evlərin tikintisinə icazə verilmir.
Ətraflı süjetdə:

"Azərbaycanın tarixi abidələri" teqi üzrə xəbərlər
- Dövlət xidməti alban məbədlərindəki qanunsuz qazıntılara münasibət bildirildi
- XİN: Ermənistanın tarixi kütləvi şəkildə saxtalaşdıran təbliğatı sülhə xidmət etmir, təhlükəlidir
- Şabranda Erkən Tunc dövrünə aid tarixi nümunələr tapıldı: 3000 ildən çox tarixi var
- Mərdəkan qəsrinin sirri: Quyular nə üçün istifadə olunurdu?
- Ermənistanın çıxış yolu - Qərbi Azərbaycan reallığının etirafı