Faktiki yaşayış rayonuna uyğun olaraq həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu müəssisələr üzrə vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə İnsan Resursları Mərkəzi məlumat yayıb.
Bildirilib ki, 31 iyul-4 avqust tarixlərində keçirilmiş müəllimlərin işə qəbulu üzrə müsabiqənin faktiki yaşayış rayonuna uyğun olaraq həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu müəssisələr üzrə vakansiya seçiminin nəticələri namizədlərin şəxsi səhifəsinə göndərilib.