Azərbaycan istintaq təcridxanasına mobil telefon keçirilməsinin qarşısı alınıb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, 3 saylı istintaq təcridxanasında həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə təqsirləndirilən Bəhlul Niftulla oğlu Cəbiyev müəssisəyə etapla daxil olan zaman üzərinə baxış keçirilib.
Bu zaman ona məxsus paketdə zavod çörəyinin içərisində gizlədilmiş 1 ədəd “Nokia” markalı mobil telefon aparatı aşkarlanaraq götürülüb.
İstintaq təcridxanasında Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə təqsirləndirilən Səxavət Tumarxan oğlu Abışov müəssisəyə etapla daxil olan zaman üzərinə baxış keçirilib. Bu zaman sağ corabının alt hissəsində gizlədilmiş 1 ədəd “Nokia” markalı mobil telefon aparatı aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırmalar aparılır.



www.oxu.az