"Azərbaycanın yenidənqurma işləri, vətəndaşların işğaldan azad edilmiş ərazilərə qaytarılması sahəsindəki təcrübəsindən faydalanacağıq".
Bu fikirləri Oxu.Az-a açıqlamasında Fələstin Muxtariyyətinin yerli özünüidarəetmə naziri Sami Hicavi WUF13 çərçivəsində deyib.
O bildirib ki, Azərbaycan hökuməti ilə Fələstin hökuməti arasındakı münasibətlər dostluq xarakteri daşıyır:
"Biz ümid edirik ki, Fələstinlə Azərbaycan arasındakı bu əlaqələri daha da inkişaf etdirəcəyik. Xüsusilə nəzərə alsaq ki, Azərbaycan 30 il ərzində Qarabağ və digər bölgələrdə baş vermiş dağıntılarla üzləşib. Bu vəziyyət müəyyən mənada Qəzza zolağında baş verənlərə bənzəyir. Azərbaycanla Fələstin arasında münasibətlərin möhkəmləndirilməsi üçün çalışacağıq".