“Fenerbahçe” futbol komandası Azərbaycana gələcək.
Səfər “Xəzər-Lənkəran” klubunun dəvəti əsasında baş tutacaq.
Oxu.Az “Xəzər-Lənkəran”ın saytına istinadən xəbər verir ki, “ Fenerbahçe”nin Azərbaycana gəlməsi gələn il yaranmasının 10 illiyini qeyd edəcək “Xəzər Lənkəran”ın yubiley münasibətilə həyata keçirdiyi layihələrdən biridir.
“Xəzər-Lənkəran” Türkiyə təmsilçisinin əsas komandası ilə iyulun 21-də saat 20:00-da Lənkəran şəhər stadionunda yoldaşlıq görüşü keçirəcək.