Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) daha bir təyinat olub.
Oxu.Az "Unikal"a istinadən xəbər verir ki, bununla bağlı AAYDA sədri Vüsal Nəsirli müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Fərhad Ələkbərov AAYDA-nın Hüquqi təminat departamentinin müdiri təyin edilib.
F.Ələkbərov bundan əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Övladlığa götürmə və alternativ qayğı siyasəti şöbəsinin müdiri vəzifəsində çalışırdı.
Qaynar xətt:
(055) 224 12 12