"Yüksəliş"in kadr bankına bütün mərhələləri uğurla keçən 3 109 nəfər qoşulub".
Oxu.Az xəbər verir ki, bu barədə "Yüksəliş" müsabiqəsinin işçi qrupunun rəhbəri Fərhad Hacıyev məlumat verib.
Onun sözlərinə görə, əsas məqsəd ölkədəki kadr potensialından səmərəli istifadə etməkdir.
"Kadr bankında 40-dan artıq dövlət qurumu və özəl şirkət təmsil olunur. Elə vəzifələr var ki, onlar üçün dövlət qulluğu imtahanı tələb olunmur. Bu baxımdan, istəyirik ki, bu imkandan hər kəs yararlana bilsin", - deyə o bildirib.
Aləmdə Nəsib