Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Fərid Səfərov: "Xalxal GES-də 86 mindən çox günəş paneli quraşdırılıb"
"Xalxal Günəş Elektrik Stansiyasından il ərzində 33 milyon kilovat/saat enerji istehsal olunur".
Bu fikirləri Oxu.Az-a açıqlamasında Naxçıvan Günəş Elektrik Stansiyasının direktoru Fərid Səfərov deyib.
O bildirib ki, bu stansiya alternativ və bərpa olunan enerji mənbələrində istehsal gücünün 20 faizini təşkil edir:
"36 hektar sahədə 86 383 ədəd günəş paneli quraşdırılıb.
Hazırda Naxçıvanda 4 GES: Xalxal GES, Şərur GES, Kəngərli GES və Culfa Külək-Günəş Hibrid Elektrik Stansiyası fəaliyyət göstərir.
Naxçıvanda dünyanın aparıcı enerji şirkətlərindən "Total Energies", "Czech Engineering", "Nobel Energy", "Masdar", "ACWA Power", "China Energy", "Notus" ilə günəş enerjisinin layihələrinin reallaşdırılması üçün görüşlər keçirilir.
Bu istiqamət üzrə yol xəritəsi hazırlanır. Bu enerji investisiyalarının hamısı bərpa olunan və alternativ enerji sektoruna yönəldilib".
Daha çox foto burada: Photostock.az
Məhərrəm Əliyev
Rəylər