Goranboy sakinini ilan sancıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Dəliməmmədli qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini İntiqam Əsgərov əkin sahəsində işləyərkən ilan əlindən sancıb. O, xəstəxanaya yerləşdirilib, tibbi yardım göstərilib.
İ.Əsədovun vəziyyətinin orta-ağır olduğu bildirilir.
L.Ə.