“Land Rover Discovery” hər kəsin arzuladığı avtomobil olmaqla sahib olduğu üstün texnologiya və xüsusiyyətlər hesabına geniş imkanlar vəd edir. O, ilk buraxılışdan bu günə kimi bir ailə avtomobili olaraq insanların komfort dolu unudulmaz səyahət arzularının reallaşmasına xidmət edir.
“Land Rover Discovery” sahibi olmaq üçün yeddi səbəb:
1. Möhtəşəm “Yeddilik”: avtomobildəki hər bir oturacaq evinizdəki ən yaxşı oturacaq təəssüratını bağışlayır.
- Rahat salonda yeddi böyük sərnişin üçün tamölçülü oturacaq mövcuddur. Bu oturacaqları isə Intelligent Seat Fold (Oturacağın Ağıllı Qatlanması) adlı funksiya vasitəsilə smartfonunuzdan belə tənzimləyə biləcəksiniz.
2. Ailənizin ən etibarlı və sevimli üzvü: 27 ildir ki, sizə və ailənizə təhlükəsiz səyahət imkanı yaradır.
- Yarı-avtomat təhlükəsizlik texnologiyası ailənizi daim əminlikdə saxlayır. “Land Rover Discovery” Euro NCAP sınaqlarında beş ulduza layiq görülüb.
- Premium interyer ailəniz üçün mükəmməl dizayn, yüksək keyfiyyətli materiallar və geniş məkan təklif edir.
3. Bütün məkanların “kral”ı: onun qarşısında istənilən hava şəraiti, istənilən məkan istənilən səth acizdir.
- “Land Rover”in tam ölçülü SUV arxitekturası hər cür məkana qalib gələ biləcək idarəetmə imkanlarına malikdir.
- Yüngül çəkili alüminium konstruksiya 480 kq-a qənaət edərək, yüksək yanacaq qənaətcilliyi və 159 q/km-dən başlayan CO2 emissiyası imkanı yaradır.
- 2.0 l həcmli 300 at gücü, 3.0 l həcmli 340 at gücünə malik benzin, 3.0 l 258 at gücünə malik dizel mühərriklər istənilən məkanda hərəkət üçün lazım olan gücü hasil edir.
- Yedək funksiyası: sinfində ən yaxşı göstərici olaraq 3,500 kq yedəkgötürmə qabiliyyəti və yarım-avtomat Advanced Tow Assist (Təkmilləşdirilmiş Yedək Yardımçısı) funksiyası çətin manevrlərdə size stressdən azad edir.
4. Britaniya yaradıcılığı: “Discovery”nin bütün dünyada sevilən dizaynı xüsusi şarm və sənətkarlıq elementləri ilə fərqlənir.
- Dizayn “Discovery” ailəsinə məxsus dəst-xətti saxlamaqla bugün üçün optimallaşdırılmış proporsiyaları ehtiva edir.
5. Geniş yük yeri: özünüzlə götürəcəyiniz hər şeyə yetəcək qədər geniş yük yeri
- XXI əsrdə səyahətə yollanan ailəyə lazım olacaq əsas və sevimli əşyaların “ağıllı” depolanmasına imkan verən 2.500 litrədək həcmə malik geniş yük yeri səyahətinizi daha maraqlı etməyə qadirdir.
6. Hər cür bağlantı: həyatı asanlaşdıran ağıllı texnologiyalar
- Rəqəmsal əsrin avtomobili “Land Rover Discovery” 9 USB girişi, 6 ədəd 12 voltluq yüklənmə nöqtəsi və avtomobil daxilində 8 cihazın qoşula biləcəyi 3G WiFi ilə təchiz olunub.
7. Yollar bitəndən sonra: təhlükəli yerlərdə yardım gözləyən insanların köməyinə çatmaq
- “Discovery Land Rover”in bütün dünyada humanitar yardım gözləyən məkanlara dsətək olmaq layihəsində ön sıralardadır.
“Land Rover” avtomobillərinin Azərbaycanda rəsmi distribütoru Avtolüks Azərbaycan şirkətidir. Şirkət “Land Rover” model cərgəsinə məxsus bütün avtomobillərin ölkəmizə idxal və satışı, habelə satış sonrası texniki xidmət, zəmanətli və orijinal ehtiyat hissələri və aksessuarların, eləcə də brendlənmiş məhsulların topdan və pərakəndə satışı ilə məşğuldur. Avtolüks Azərbaycan satılan hər bir Land Rover avtomobilinə 5 il və ya 150.000 km rəsmi istehsalçı zəmanəti təqdim edir.
Hazırda rəsmi distribüter satılan hər bir “Land Rover” avtomobilinə, o cümlədən, “Discovery” modelinə 3 il və ya 65.000 km pulsuz servis xidməti təklif edir. Avtomobillərlə yaxından tanış olmaq və sınaq yürüşünə qeydiyyata düşmək üçün rəsmi satış və servis mərkəzini ziyarət edin.
Ünvan: Bakı şəh., Aşıq Molla Cümə küç.42B
Telefon: 012 983