Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Gələcəyin sahibkarlarına dəstək: "Miniboss" Biznes Məktəbinin 5-ci Startap Forumu keçirilib
Azərbaycanın ən önəmli biznes təhsil tədbirlərindən biri olan 6-17 yaşlı uşaqlar və yeniyetmələr arasında 5-ci Startap Forumu keçirilib.
Oxu.Az xəbər verir ki, forumda 22 komanda iki istiqamət üzrə - SIFE (Startups in Innovative Free Entrepreneurship) və SAGE (Startups for the Advancement of a Global Environment) kateqoriyalarında biznes layihələrini yerli biznes ictimaiyyətinin tanınmış sahibkarlar və investorlara nümayiş ediblər.
Forumun sonunda öz təqdimatlarını edən komandalara layihələrini icra etmək üçün münsiflər heyəti tərəfindən qrantlar ayrılıb.
Onlar bu gün təqdim etdikləri layihələrini həyata keçirdikdən sonra Milli Çempionatda qalibiyyət uğrunda mübarizə aparacaqlar. Milli Çempionatda isə SIFE kateqoriyası üzrə üç və SAGE kateqoriyası üzrə üç qalib müəyyən olunacaq. Yəni 22 komanda arasında altı qalib müəyyənləşəcək.
Aygün Mirakif
Bakıda biznes təhsil tədbirlərindən biri olan 6-17 yaşlı uşaqlar və yeniyetmələr arasında 5-ci Startap Forumu keçirilir.
Oxu.Az xəbər verir ki, Təşkilatçısı "Miniboss" Biznes Məktəbi olan bu tədbir artıq ölkəmizdə sahibkarlıq sahəsində yeni bir ənənəyə çevrilib.
Bu il Forumda 22 komanda iki istiqamət üzrə - SIFE (Startups in Innovative Free Entrepreneurship) və SAGE (Startups for the Advancement of a Global Environment) kateqoriyalarında biznes layihələrini yerli biznes ictimaiyyətinin tanınmış sahibkarlar və investorlara nümayiş etdirirlər.
Qeyd edək ki, SIFE - sərbəst sahibkarlıq üzrə yaradılan startaplardır, SAGE isə qlobal ətraf mühitin inkişafına yönəlmiş layihələrdir.
"Miniboss Business School" qlobal bazarda yenilikçi iş metodologiyalarından istifadə edən, 27 ölkədə 70-dən çox filialı olan yeganə məktəbdir. Məktəb özünəməxsus metodikasına əsasən 6-17 yaşarası uşaqların tam sahibkarlıq potensialının üzə çıxarılmasına və güclü liderlik keyfiyyətlərinin aşkar olunmasına geniş imkanlar yaradır. Beynəlxalq Təhsil Şəbəkəsi olan "MINIBOSS BUSINESS SCHOOL" hər il olduğu kimi bu il də sahibkarlıq üzrə 6-17 yaşlı uşaqlar və yeniyetmələr arasında STARTUP Forum, Milli və Dünya çempionatları təşkil edir.
Bu il "MINIBOSS BUSINESS SCHOOL" brendi 25 illik yubileyini qeyd edir və bununla əlaqədar olaraq Dünya Çempionatı 7-15 iyul tarixlərində Maldiv adalarında keçiriləcək.