Gəncədə 18 yaşlı qadının keçmiş əri tərəfindən bıçaqlanmasının bəzi detalları məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, A.Əmiraslanova və M.Əmiraslanov etnik olaraq qaraçıdırlar.
Məsələdə şokedici detal isə M.Əmiraslanovun 15 yaşının olmasıdır.
Cütlük bir müddət qeyri-rəsmi ər-arvad münasibətlərində yaşayıblar.
Gəncədə 18 yaşlı qadının keçmiş əri tərəfindən bıçaqlanmasının bəzi detalları məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hər iki şəxs Yevlax şəhər sakinidir. Cütlük bir müddət əvvəl boşanıb. Qadın boşanmadan sonra başqa bir şəxslə qeyri-rəsmi münasibətdə olub.
Hadisə günü M.Əmiraslanov gecə saatlarında Gəncə şəhərində A.Əmiraslanovaya üzərində gəzdirdiyi bıçaqla xəsarətlər yetirib.
Samir İsayev
Gəncədə 18 yaşlı A.Əmiraslanovanı bıçaqlayan şəxs onun keçmiş həyat yoldaşı olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Oxu.Az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən M.Əmiraslanov saxlanılaraq istintaqa təhvil verilib.
Gəncə şəhərində bıçaqlanma hadisəsi olub.
"Report"un məlumatına görə, 18 yaşlı A.Əmiraslanova mübahisə zəminində çox sayda bıçaq xəsarəti alıb.
Yaralı xəstəxanaya çatdırılıb, vəziyyəti ağır qiymətləndirilir.
Hadisəni törətməkdə onun həyat yoldaşı şübhəli bilinir.
Faktla bağlı araşdırma aparılır.
Rəylər