Gəncənin Fikrət Əmirov adına istirahət parkında dəhşətli qətl hadisəsi baş verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Gəncə şəhər Baş Polis İdarəsindən bildiriblər.
Məlumata görə, hadisə saat 22.30 radələrində baş verib.
Gəncə şəhər sakini, 1998-ci il təvəllüdlü Məmmədov Elgün Elşən oğlu boğaz nahiyəsindən bıçaqlanıb.
Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilsə də onun həyatını xilas etmək mümkün olmayıb. E.Məmmədov dünyasını dəyişib.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb.
15 yaşlı gənci öldürən şəxsin tapılması istiqamətində əməliyyat axtarış tədbirləri həyata keçirilir.
www.oxu.az