Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Goranboyda Birinci Qarabağ müharibəsinin şəhidi Niyaz Novruzov dəfn edilib
Tərtər şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Niyaz İlyas oğlu Novruzovun meyitinin qalıqları Goranboy rayonuna gətirilib.
"Report"un yerli bürosunun məlumatına görə, şəhidin nəşi Goranboy rayonunun Veyisli kəndində ailəsinə təhvil verilib.
Şəhidin nəşi Veyisli kənd qəbiristanlığında dəfn olunub.
Qeyd edək ki, Niyaz İlyas oğlu Novruzov 1970-ci il sentyabrın 23-də Goranboy rayonunun Veyisli kəndində anadan olub. O, 1992-cü noyabrın 17-də Ağdərə rayonunun Dovşanlı (Vəng) kəndindəki "Qızılqaya" yüksəkliyi istiqamətində itkin düşüb.
"Şəhid dəfni" teqi üzrə xəbərlər
- Şəhid Tərlan Məmmədovun anası: "31 ildən sonra oğlumu tapıb gətirdilər"
- Cəbrayılda Birinci Qarabağ müharibəsinin şəhidi Müşfiq Quliyev dəfn edilib
- Salyanda Birinci Qarabağ müharibəsinin şəhidi Elşad Tağıyev dəfn edilib
- Birinci Qarabağ müharibəsinin üç şəhidi bu gün dəfn olunacaq
- Şəhid bacısı ilə şəhid qardaşı nişanlandılar