Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Gürcüstandan gələn səyahətçilərin ikinci qrupu Xankəndini gəzib
Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edən Gürcüstandan olan 26 nəfərdən ibarət ikinci səyahətçi qrup Xankəndi şəhərində gəzintiyə çıxıb.
"Report"un məlumatına görə, qonaqlar şəhərdə aparılan bərpa işlərinin miqyasından heyrətə gəliblər.
Səyahətçilər erməni işğalının nəticələrini canlı görə biliblər.
Turistlər, həmçinin stadionu, Qarabağ Universitetini, eləcə də tarix və mədəniyyət abidələrini ziyarət ediblər.
Qeyd edək ki, Gürcüstandan Azərbaycana üç qrup səyahətçi gəlib. Onların səfərində məqsəd regionda aparılan tikinti və bərpa işləri ilə tanış olmaqdır.
Səyyahların işğaldan azad edilmiş ərazilərə səfəri oktyabrın 22-də başa çatacaq.
Daha çox foto burada: Photostock.Az
Gürcüstandan olan səyahətçilərin ikinci qrupu Qarabağa gəlib.
"Report"un məlumatına görə, turistlər işğaldan azad edilmiş ərazilərdə olduqları ilk gün Xankəndiyə səfər edəcəklər.
Oktyabrın 20-də isə onlar Ağdama və Şuşaya səfər edəcəklər. Səyahətçilər işğal zamanı erməni qoşunlarının törətdiyi dağıntıları öz gözləri ilə görə biləcək, həmçinin işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa işləri ilə tanış olacaqlar.
Qeyd edək ki, Gürcüstandan Azərbaycana 30 nəfərdən ibarət üç səyahətçi qrup gəlib. Onların səfərinin məqsədi regionda aparılan tikinti və bərpa işləri ilə tanış olmaqdır.
Səyyahların işğaldan azad edilmiş ərazilərə səfəri oktyabrın 22-də başa çatacaq.
"Şuşa" teqi üzrə xəbərlər
- Qalib xalqın, qalib dövlətin rəhbəri: Bu gün Azərbaycan Cənubi Qafqazın ən güclü dövlətidir
- Şuşaya köçürülən sakinlərə mənzillərinin açarları təqdim edilib
- Fərhad Muradzadə: "İllərin ağrı-acısı Şuşaya ayağımız dəyən kimi yox oldu sanki"
- Nuri Hümbətova: "Artıq heç kim bizə məcburi köçkün deyə bilməz"
- Şuşaya qayıdan sakin: "Öz doğma yurdumuzda yaşamaq hissi bir başqadır"
Rəylər