Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Anar Sadıqovun hakimlik fəaliyyətinə xitam verilməsi məsələsi müzakirə olunur.
Oxu.Az-ın məlumatına görə, buna səbəb hakimin Məhkəmə-Hüquq Şurasına hakimlik fəaliyyətinin dayandırılması ilə bağlı ərizə təqdim etməsidir.
Məlumata əsasən, Anar Sadıqovun belə qərar verməsinə onun hüquq sahəsində elmi və pedaqoji fəaliyyətlə məşğul olmaq istəyi səbəb olub.
Elgün Həsənli