Heydər Əliyev prospekti - Hava limanı yolunda baş vermiş yol-nəqliyyat hadisəsinin videogörüntüsü yayılıb.
Həmin görüntünü təqdim edirik.
21:48
“Heydər Əliyev prospekti - Hava limanı yolunda (Bülbülə qəsəbəsi, saatın yanı) yol nəqliyyat hadisəsi baş verib”.
Bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev sosial media hesabında yazıb.
Onun sözlərinə görə, bu səbəbdən də hazırda yolda sıxlıq müşahidə olunur.