Sabunçu rayonu Bilgəh qəsəbəsinin Azərbaycan qadını küçəsində yaşayan sakinlər illərdir ki, içməli suya həsrətdirlər.
Baku TV xəbər verir ki, burada yaşayanlar hazırda istifadə etdikləri suyu şəxsi vəsaitləri hesabına alırlar.
Havaların gündən-günə istiləşməsi və virus təhlükəsinə görə tez-tez yuyunmaq ehtiyacı sakinlərin suya olan tələbatını bir neçə dəfə artırıb. Bu da, öz növbəsində, onların şəxsi büdcəsinə xeyli zərər vurur.
Məsələ ilə bağlı “Azərsu” ASC-dən bildirdilər ki, Bakıətrafı qəsəbələrdə hələ də mərkəzləşmiş içməli su şəbəkəsi qurulmayıb. Lakin gələcəkdə bütün qəsəbə və yaşayış massivlərində su şəbəkəsinin qurulması nəzərdə tutulur.
Ətraflı reportajı təqdim edirik: