Sabah saat 10:00-da Ağstafada 12 mindən çox abonentin qaz təchizatı dayandırılacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Şəmkir Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Bildirilib ki, qaz təchizatının dayandırılması Ağstafa Avtomatik Qaz Paylama Stansiyasından qidalanan daşıyıcı qaz xəttində əmələ gəlmiş çatın yaranması, yeni quraşdırılmış qaz xəttinin şəbəkəyə qoşulması, müxtəlif diametrli qaz xətlərində əmələ gəlmiş korroziyaların əvəzlənməsi, aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması ilə əlaqədardır.
Təmir-quraşdırma işləri çərçivəsində Ağstafa şəhəri, və Dağkəsəmən, Pirili, Xılxına, Kolayır, Kolxəlfəli, Qarahəsənli, Düzqışlaq, Mollacəfərli, Zəlimxan, A.Kəsəmən, Q.Kəsəmən, Soyuqbulaq, Soyuqbulaqlar, Köçvəlili, Sadıxlı, Muğanlı, Qarayazı, Böyükkəsik kəndləri Poylu, Ağgöl, H.Aslanov, Qaçaq Kərəm, Xətai, Yenigün, Saloğlu qəsəbələrində ümumilikdə 12 675 abonentin qaz təchizatı işlər başa çatanadək dayandırılacaq.
Martın 18-də saat 09:30-dan etibarən Ağdaş rayonunda 865 abonentin qaz təchizatı dayandırılacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Bildirilib ki, buna səbəb Ağdaş rayonu ərazisində Ərəb, Hüşün və Kükəl kəndlərini təbii qazla təmin edən diametri 159 millimetr olan ortatəzyiqli qaz xəttində sızmanın ləğv edilməsidir.
Martın 18-də saat 09:00-dan etibarən iki yaşayış məntəqəsində qaz təchizatı dayandırılacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Tərtər və Zaqatala Regional Qaz İstismarı idarələri məlumat yayıblar.
Bildirilib ki, Tərtər rayonunda qaz təchizatının dayandırılmasına səbəb Tərtər Xidmət Sahəsinin "Azadqaraqoyunlu" qazpaylayıcı stansiyasından (QPS) qidalanan şəhərin H.Əliyev prospektində qeyri-yaşayış sahəsinin qarşısından keçən qaz xəttinin şəbəkəyə qoşulmasıdır.
Quraşdırma işləri başa çatdıqdan sonra 645 abonentin qaz təchizatı bərpa ediləcək.
Digər məlumatla Balakən rayonunun Katex kəndində qaz təchizatının dayandırılmasına səbəb "Təmiz Qaz" QSC tərəfindən balans qovşağının quraşdırılmasıdır.
İşlər başa çatdırıldıqdan sonra 2 013 əhali və 15 qeyri-əhali abonentə qazın verilməsi bərpa olunacaq.