İmişli rayonunda şin təmiri zamanı baş verən partlayışda xəsarət alan ustanın vəziyyəti ağırdır.
Bu barədə Oxu.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, vəziyyəti ağır qiymətləndirilən pasiyent ixtisaslı tibbi xidmətin göstərilməsi üçün Respublika Klinik Xəstəxanasına təxliyə olunub:
"İmişli rayonu ərazisində iş yerində baş verən hadisə ilə əlaqədar xəsarət alan 1995-ci il təvəllüdlü şəxs (kişi) 16.08.2026-cı il tarixində saat 16 radələrində İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Ona gicgah sümüyünün köndələn sınığı, kəllə əsası sümüyünün sınığı diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib.
Vəziyyəti ağır qiymətləndirilən pasiyent ixtisaslı tibbi xidmətin göstərilməsi üçün Respublika Klinik Xəstəxanasına təxliyə olunub", - deyə məlumatda qeyd olunub.