Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 14-də keçirdiyi 2013/2014-cü tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə III ixtisas qrupu üzrə qəbul imtahanının nəticələrini açıqlayıb.
Oxu.Az xəbər verir ki, TQDK-nın mətbuat xidmətindən APA verilən məlumata görə, nəticələr komissiyanın internet saytında (www.tqdk.gov.az) yerləşdirilib. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Bundan başqa, müsabiqəyə buraxılmaq üçün tələb olunan minimal balı əvvəlcədən nəzərdə tutulan 300 baldan 250 bala endirilib Bundan başqa, qeyd olunan nəticə göstərən abituriyentlərin imtahan fənlərinin hər hansı biri üzrə nisbi balı 10-dan az ola bilər.
Beləliklə, III qrup üzrə ixtisas seçimində ümumi balı 250 - dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.