Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
İnam Yusifov: "Elektrik şəbəkəsinə qoşulma müddəti 20 günə endirilib"
"2017-ci illə müqayisədə "Azərişıq" ASC-nin "ASAN xidmət" mərkəzlərində səkkiz il ərzində vətəndaşlara göstərilən xidmətlərin sayı səkkizdən 18-ə çatdırılıb".
Oxu.Az-ın Şərqi Zəngəzura ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Zəngilanda keçirilən brifinqdə "Azərişıq" ASC-nin "ASAN xidmət"lə iş və Elektron xidmətlər Departamentinin direktor müavini İnam Yusifov deyib.
O bildirib ki, əvvəl yeddi prosedurla aparılan müraciətlər bu gün, sadəcə, iki prosedurla yekunlaşır:
"Nəticədə şəbəkəyə qoşulma müddəti 41 gündən 20 günə endirilib. Hazırda "Azərişıq" ASC-nin 15 elektron xidməti mövcuddur və bu xidmətlər vasitəsilə vətəndaşlar prosedurları onlayn şəkildə idarə edə bilirlər. Ötən il sahibkarlıq subyektlərinin 53.4%-i elektron şəkildə müraciət edib".
Aləmdə Nəsib
"Azərişıq ASC" teqi üzrə xəbərlər
- Rüstəm Quliyev: "İşğaldan azad olunmuş ərazilərdə "Azərişıq" ASC-nin 5 097 abonenti var"
- Aşağı Ləgər kəndində təhlükə saçan işıq dirəyi hər an aşa bilər
- Sakinlərin NƏZƏRİNƏ: Bu gün bəzi ərazilərdə İŞIQ OLMAYACAQ
- Əhalinin NƏZƏRİNƏ: Bəzi ərazilərdə İŞIQ OLMAYACAQ
- Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq
Rəylər