Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
İnternet üzərindən çətənə yağı və toxumunun satışı qanunidirmi?
Sosial şəbəkələrdə çətənə yağı və toxumu satılır.
Xezerxeber.az-ın məlumatına görə, "müxtəlif xəstəliklərin dərmanı" adı altında bu məhsulun açıq satışını həyata keçirirlər. Həmin şəxslərdən biri ilə əlaqə saxladıq. O deyir ki, çatdırılma ilə məhsulları əldə etmək mümkündür.
Həkimlərin sözlərinə görə, bu bitkinin satışına icazə verilən ölkələrdə yağının və toxumunun da satışı həyata keçirilir. Allerqoloq Şahvələd Məmmədov bildirib ki, bu məhsul xaricdə qida əlavəsi kimi yalnız həkim nəzarəti ilə qəbul edilir.
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən bildirilib ki, məhsulun dərman kimi satışı Azərbaycanda qadağandır.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ölkə ərazisində qanunsuz olaraq narkotik vasitə, psixotrop maddə və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satılmasının qadağan olduğunu vurğulayıb. Bu əməli törədən şəxslər cinayət məsuliyyətinə cəlb olunurlar. Həmçinin, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmək də cinayət məsuliyyəti daşıyır.
Göndərilən sorğuya Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məsələnin araşdırıldığı bildirilsə də, iki gün ərzində heç bir cavab verilməyib.
Ətraflı sujetdə:
Rəylər