Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
İqor Nikulin: “Omikron” və koronavirusun digər variantları süni şəkildə yaradılıb” - MÜSAHİBƏ
Koronavirus infeksiyasının növbəti dalğası dünyanı təhlükədə saxlamaqda davam edir. Səbəb “Omikron” ştammının sürətlə yayılmasıdır.
Kimyəvi və bioloji silahlar üzrə mütəxəssis, BMT-nin bioloji silahlar üzrə Komissiyasının keçmiş üzvü İqor Nikulin Oxu.Az-a açıqlmasında “Omikron”un süni şəkildə yetişdirildiyinə dair ciddi şübhələrin olduğunu bildirib.
“Yeri gəlmişkən, bir çox elm adamı da buna əmindir. Koronavirusun bütün əvvəlki variasiyaları da süni idi. Bəşəriyyət bu cür kriminal təcrübələrin aparıldığı laboratoriyaları ictimai nəzarət altına almayınca bu “musiqi” əbədi davam edə bilər.
İqor Nikulin 2022-ci ilin koronavirus pandemiyasının son ili olacağı ilə bağlı proqnozlara da münasibətini bildirib.
“İstənilən virus gec-tez ətraf mühitlə və “ev sahibi” ilə “dil tapır”. Ona görə də koronavirus eynilə qrip kimi mövsümi xəstəliyə çevrilə bilər. Hər payız fəslində qripin yeni variantı peyda olur və planetimizdə milyonlarla insan ona yoluxur. Koronavirusla bağlı da eyni vəziyyət yarana, bu virus daha az ölümcül ola bilər. Klaus Şvabanın (alman iqtisadçısı – red.) “proqnozu” var: onun iddiasına görə, pandemiyanın “Omikron” variantı 2022-ci ilin mayında yaranmalı idi, lakin nə isə yanlış istiqamətdə inkişaf etdi. Yeri gəlmişkən, koronavirus variantlarının “cədvəli” artıq ictimaiyyətə açıqdır.
Mütəxəssis artıq üçüncü ildir dünyanın əksər ölkələrində müxtəlif formalarda tətbiq edilən karantin tədbirlərinə də münasibət bildirib:
“Bizim ölkələrimiz üçün vacib olan məsələ, mən hazırda Rusiyanı, Azərbaycanı və digər MDB ölkələrini nəzərdə tuturam, Sovetlərin yoluxucu tibbi xəstəliklərlə mübarizə sistemini bərpa etməkdən keçir. Bu sistemi heç olmasa 1990-cı il səviyyəsində bərpa etmək lazımdır. Əgər bunu etmək mümkün olsa, o zaman pandemiya bizə ciddi təsir etməyəcək. Yox əgər bu mümkün olmasa, müxtəlif “optimizatorlar” öz dağıdıcı işini davam edəcəklər və gec-tez hətta adi qrip virusu də böyük problemə çevriləcək. “Optimallaşdırılmış səhiyyə” etibarlı deyil. Xəstə sayının orta göstərici ilə müqayisədə hətta 10 faiz artımı böhrana səbəb ola bilər. Amma unutmayaq ki, “optimallaşdırma” eyni vaxta dünyanın onlarla ölkəsində baş verib. Əlavə olaraq Gürcüstan və Ermənistanda (Azərbaycandan fərqli olaraq) ABŞ-ın bioloji laboratoriyaları hələ də fəaliyyət göstərir. Və statistika da bunu göstərir ki, bu ölkələrdə vəziyyət Azərbaycandan pisdir. Belə laboratoriyalar nə qədər çox olarsa, müəyyən ərazi üçün xarakterik olmayan müxtəlif xəstəliklərin ocaqları bir o qədər çox olacaq. Bu, getdikcə aşkar bir həqiqətə çevrilir”.
"Birləşmiş Millətlər Təşkilatı (BMT)" teqi üzrə xəbərlər
- BMT məruzəçisi İrana çağırış etdi: "Hesabat üçün məlumat göndərin"
- Ombudsman jurnalist yazı və uşaq rəsm müsabiqələri elan etdi
- Almaniyanın keçmiş kansleri Angela Merkel öz xatirə kitabında Ərdoğanla görüşündən yazdı
- BMT "ASAN xidmət"i 4 qitədə təşviq edəcək
- Antoniu Quterreş: "İqlim ədaləti üçün beynəlxalq əməkdaşlıq vacibdir"
Rəylər