Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

İsitilər davam edəcək
Oktyabrın 13-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Cənub küləyi əsəcək.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturu gecə 13-16, gündüz 19-23 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında da oktyabrın 13-də hava əsasən yağmursuz keçəcək, səhər bəzi yerlərdə duman olacaq, lakin axşam ayrı-ayrı yerlərdə yağış yağacağı gözlənilir.
Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 8-13, gündüz 20-25 dərəcə, dağlarda gecə 1-6, gündüz 13-18 dərəcə isti olacaq.