17 iyul 2014-cü il tarixdə bəzi elektron xəbər portallarında İsmayıllı rayonu ilə bağlı “Direktorun şagirdinə təcavüzü: əhali ayağa qalxdı–Şok” və s. başlıqlarla gedən yazılarla əlaqədar olaraq bildiririk ki, İsmayıllı rayonunda 30 saylı məktəb yoxdur və həmin məktəb Ağdam rayon Təhsil şöbəsinə aiddir.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı İsmayıllı rayon İcra Hakimiyyəti öz rəsmi saytında yerləşdirilib.
Rayon İH-dən bildiriblər ki, xəbərdə qeyd olunan qız məktəbli deyil, 1995-ci il təvəllüdlüdür və məktəbi 2013-cü ildə bitirib.
“Məsələ ilə bağlı Kürdmaşı kənd İƏD üzrə nümayəndəliyinə müraciət edilmiş və hadisənin doğruluğu öz əksini tapmayıb. Həmçinin 16 iyul 2014-cü il tarixində 200 nəfərə yaxın kənd sakininin Rayon İcra Hakimiyyətinə müraciət etməsi fikri də həqiqətə uyğun deyildir”.