Qəzza hospitalının nümayəndələrinin verdiyi xəbərə görə İsrail ordusunun Qəzza bölgəsini atəşə tutması nəticəsində iki nəfər, o cümlədən beş aylıq körpə həlak olub.
Oxu.Az BBC-yə istinadən xəbər verir ki, hospital nümayəndəsinin bildirdiyinə görə, insanlar İsrail tankının atəşi zamanı həlak olublar.
İsrail daha öncə Qəzza bölgəsində quru əməliyyatlarının başlanmasını bəyan etmişdi.
İsrailin Müdafiə Nazirliyi qeyd edir ki, əməliyyatda aviasiya ilə yanaşı hərbi-dəniz qüvvələri də iştirak edib.
Onun məqsədi Fələstin yaraqlılarının silah daşımaq üçün qazdıqları tunelləri məhv etməkdir.