Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

İstirahət günü yağış, qar yağacaq, külək əsəcək - 23.03.2025
Azərbaycan ərazisində martın 23-də gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Oxu.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir.
Gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı ehtimalı var, arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 4-7°, gündüz 8-12° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80% olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq, qərb küləyi güclənəcək.
Havanın temperaturu gecə 2-7°, gündüz 9-14° isti, dağlarda gecə 3-8°, gündüz 0-3° şaxta olacaq.
"Hava proqnozu" teqi üzrə xəbərlər
- Qar yağır, görmə məsafəsi məhdudlaşıb - FAKTİKİ HAVA - 22.03.2025
- Sürücülərin DİQQƏTİNƏ: Martın 22-də avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq
- Sabah yağış intensivləşəcək, rayonlara dolu düşəcək - 22.03.2025
- Yağıntılı hava davam edir, bəzi rayonlarda qar örtüyünün hündürlüyü 13 sm-ə çatıb - FAKTİKİ HAVA
- Bəzi bölgələrdə yağıntılı hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA