Bakı şəhərində it parçalayan qadın ömürlük şikəst oldu.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, iki gün əvvəl kinoloq işləyən qızının saxladığı “pitbul” cinsindən olan itin parçaladığı 87 yaşlı Suğra Eldarovanın hər iki qolu çiyindən aşağı amputasiya olunub.
Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundan verilən məlumata görə, it qadının hər iki qolunun sümüyünü qoparmış və yumşaq toxumalarını zədələmişdi. Kifayət qədər yaşı olan qadının qollarını bərpa etmək mümkün olmayıb. Əməliyyatdan sonra qadın reanimasiya şöbəsinə yerləşdirilib.
Nəzərinizə çatdıraq ki, S.Eldarovanın kinoloq işləyən qızı evdə qonşunun “pitbul” cinsindən olan itini bəsləyirmiş. Evə qayıdan zaman isə anasını qan içərisində, huşsuz vəziyyətdə görüb. Qadın ölümcül vəziyyətdə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirilib.
Zərərçəkmiş qadının ailəsi isə itin sahibinin onlara heç bir yardım etməməsindən şikayətlənir.