Havanın temperaturu 41 dərəcə təşkil etdiyi halda iş dayanmalıdır.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu açıqlamanı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK)-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Ağamirov verib.
O bildirib ki, xüsusən də açıq havada işləyən işçilərin belə isti havalarda çalışması təhlükəlidir:
“Çünki qanunvericiliyə əsasən 41 dərəcə temperaturda işləməyə icazə verilmir”.
N.Ağamirov qeyd edib ki, qapalı yerlərdə çalışan işçilər isə belə temperaturda davamlı olaraq sərinləşdirici içkilərlə təmin olunmalı, o cümlədən əmək məkanı soyuducu vasitələrlə sərinləşdirilməlidir.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun məlumatına görə, sabah Azərbaycanda havanın temperaturu 42 dərəcəyə yüksələcək.