Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Kamran Əliyev: "Bu il özgə əmlakına vurulmuş ziyanın 49.3 milyon manatdan artıq hissəsi ödətdirilib"
2024-cü ilin I yarımilində prokurorluq orqanlarında istintaq edilən cinayət işləri üzrə özgə əmlakına vurulmuş ziyanın 49.3 milyon manatdan artıq hissəsinin ödənilməsi təmin edilib.
Oxu.Az xəbər verir ki, bunu Baş Prokurorluqda keçirilən geniş Kollegiya İclasında baş prokuror Kamran Əliyev deyib.
O bildirib ki, prokurorluq orqanlarında ibtidai istintaqı aparılaraq yekunlaşmış cinayət işləri üzrə dövlətə, vətəndaşlara, şirkətlərə, bələdiyyələrə ümumilikdə 75.9 milyon manatdan artıq məbləğdə maddi ziyan vurulduğu müəyyən edilərək istintaq tədbirləri ilə onun 49.3 milyon manatdan artıq hissəsinin ödənilməsinə nail olunub.
8.3 milyon manatdan artıq məbləğdə əmlak üzərinə həbs qoyulub.
"Baş Prokurorluq" teqi üzrə xəbərlər
- Moldovada gizlənən Azərbaycan vətəndaşı ölkəyə ekstradisiya edilib
- Xankəndi Şəhər Prokurorluğunun qadın müstəntiqi: "Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəyəm"
- Nəzrinin ölümü ilə bağlı cinayət işi başlandı
- İxracdan əldə olunan pulları ölkəyə qaytarmayan şəxslərlə bağlı cinayət işləri məhkəməyə göndərilib
- Perinatal Mərkəzin sabiq direktoru məhkəmədə ifadə verməkdən imtina etdi
Rəylər