Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Kasko sığorta UCUZLAŞA BİLƏR
Kasko sığortaya maraq kəskin artıb. Buna səbəb ölkənin avtomobil parkının yenilənməsidir.
Xezerxeber.az-ın məlumatına görə, kasko sığortaya marağın kəskin artması sığorta haqqını ucuzlaşdıra bilər.
Ekspertlər deyirlər ki, artıq yeni avtomobil sahibi olan sürücülər zərərin qarşılanması üçün kasko sığortaya daha çox üz tuturlar.
Sığorta eksperti Vüsal Bədəlov deyir ki, kasko sığortaya marağın artması onun qiymətinə də təsir edə bilər. Qarşıdakı illərdə avtomobil parkı tam yeniləndikcə kasko sığorta haqlarının da ucuzlaşması gözləniləndir.
Qeyd edək ki, hazırda kasko sığorta haqqı avtomobilin dəyərinin 2.5 - 3.5 faizi nisbətində hesablanır. Lakin kasko sığortaya marağın artması qiymətə təsir etdikdən sonra, bu rəqəmlərin 1- 1.5 faiz düşməsi gözlənilir.
Ətraflı süjetdə:
Rəylər