Fövqəladə Hallar Nazirliyinin (FHN) Aran Regional Dövlət Yanğına Nəzarət İdarəsinə yeni rəis təyin olunması ilə bağlı bəzi təfərrüat məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, Fəqan Axundov Aran Regional Dövlət Yanğına Nəzarət İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edəcək.
Qeyd edək ki, F.Axundov buna kimi daxili xidmət mayoru idi.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Aran Regional Dövlət Yanğına Nəzarət İdarəsinə yeni rəis təyin olunub.
Oxu.Az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, bu vəzifəyə daxili xidmət mayoru Fəqan Axundov təyinat alıb.