Ölkə ərazisində koronavirus pandemiyası ilə əlaqədar qabaqlayıcı tədbirlər görülür. Tibb müəssisələri və tibb işçiləri isə gücləndirilmiş iş rejimində vətəndaşlara xidmət göstərir.
Oxu.Az-ın fotoqrafı karantin dövründə paytaxtın Nizami rayonu ərazisində yerləşən 6 saylı Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında olub.
Stansiyada çalışan tibb işçiləri ərazi üzrə qeydə alınan çağırışlar əsasında xüsusi geyimlərdə vətəndaşlara xidmət göstərir.
Belə ki, daxil olan hər çağırış üçün stansiyadan bir həkim, bir tibb bacısı və sürücü əraziyə yollanır. Vətəndaşın şübhəli simptomları olarsa, boğazdan yaxma götürülür.
Təcili Yardım Stansiyasının həkim briqadası 24 saat fasiləsiz olaraq vətəndaşlara xidmət göstərir.
Fotoqrafımız əhalinin xidmətində dayanan həkimlərin bir gününü fotolara köçürüb.
Həmin fotoları təqdim edirik:
Ramil Zeynalov