Salyan rayon sakini “KamAZ”la bacısının və onun dörd yaşlı oğlunun üstündən keçib, uşaq ölüb.
Oxu.Az Report-a istinadla xəbər verir ki, dörd yaşlı Əli Məmmədov “KamAZ” kabinəsindən düşüb və hərəkətdə olan maşının qabağına qaçıb.
Bu zaman Ə.Məmmədovun anası, Günel Məmmədova uşağı tutmaq üçün yük maşınının qarşısına çıxıb. Ana və oğlu “KamAZ”ın altında qalıb. Hadisə zamanı dörd yaşlı Ə.Məmmədov ölüb, anası G.Məmmədova isə ağır bədən xəsarətləri ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Qeyd edək ki, G.Məmmədova “KamAZ”ın sürücüsü, Ərmulla Aslanovun bacısıdır.
Faktla bağlı araşdırma aparılır.
16:37
Salyanda yük maşını piyadaları vurub.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə Boranıkənd kəndində qeydə alınıb.
“KamAZ” markalı yük maşını yolu keçən 1994-cü il təvəllüdlü Məmmədova Günel Nurulla qızını və onun dörd yaşlı övladını vurub. Uşaq hadisə yerində ölüb, ana isə xəsarətlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı rayon Polis Şöbəsində araşdırma aparılır